“Unibank”ın səhmdarları daha bir məsələni müzakirə edəcəklər

“Unibank”ın səhmdarları daha bir məsələni müzakirə edəcəklər Bakı. 19 fevral. REPORT.AZ/ “Unibank” ASC-nin səhmdarlarının fevralın 22-də keçirilməsi planlaşdırılan ümumi yığıncağının gündəliyinə daha bir məsələ daxil edilib.
Maliyyə
19 Fevral , 2018 16:02
“Unibank”ın səhmdarları daha bir məsələni müzakirə edəcəklər
Report

Bakı. 19 fevral. REPORT.AZ/ “Unibank” ASC-nin səhmdarlarının fevralın 22-də keçirilməsi planlaşdırılan ümumi yığıncağının gündəliyinə daha bir məsələ daxil edilib.

“Report” xəbər verir ki, söhbət Bankın Audit Komitəsinin üzvlərinin əməyinin ödənilməsindən gedir.

Bundan başqa, yığıncaqda “Unibank”ın Müşahidə Şurasının tərkibinə və nizamnaməsinə dəyişiklik edilməsi, Bankın 2017-ci il üzrə auditinin keçirilməsi üçün Xaləddin Cəlal oğlu Əliyevin kənar auditor təyin olunması, xüsusi əhəmiyyətli əqdlər haqqında məsələlər müzakirə ediləcək. Qeyd edək ki, yığıncaq “Unibank”ın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Bühbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125 686 355,68 manatdır. Bankın səhmlərinin 54,3%-i Almaniyanın İnvestisiya və İnkişaf Korporasiyasının (DEG), eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının daxil olduğu xarici fiziki və hüquqi şəxslər qrupuna, 45,7%-i isə Müşahidə Şurasının (MŞ) sədri Eldar Qəribovun, MŞ-nın üzvü Emin Quliyevin və İdarə Heyətinin sədri Faiq Hüseynovun daxil olduğu yerli fiziki şəxslər qrupuna məxsusdur.

Son xəbərlər

Orphus sistemi