"Unibank"ın rəhbərliyində dəyişiklik olub

"Unibank"ın rəhbərliyində dəyişiklik olub Bakı. 18 may. REPORT.AZ/ “Unibank” ASC-nin İdarə Heyəti (İH) sədrinin pərakəndə bank xidmətləri və marketinq üzrə müavini Taleh Tahirli ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə işdən çıxıb.
Maliyyə
18 May , 2018 15:14
Unibankın rəhbərliyində dəyişiklik olub

Bakı. 18 may. REPORT.AZ/ “Unibank”  ASC-nin İdarə Heyəti (İH) sədrinin pərakəndə bank xidmətləri və marketinq üzrə müavini Taleh Tahirli ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə işdən çıxıb.

"Report" bu barədə Banka istinadən xəbər verir. 

Xatırladaq ki, T.Tahirli iş karyerasına 2007-ci ildə "Unibank"ın Marketinq şöbəsinin aparıcı mütəxissisi kimi başlayıb. Bank rəhbərliyi ona iş yerinin inkişafına verdiyi böyük töhfələrə görə minnətdarlığını bildirib və bundan sonrakı iş həyatında uğurlar arzulayıb: "Unibank"ın bazarda liderlərdən biri olmasında onun böyük əməyi var. Bankın səhmdarları dürüst və səmərəli işinə görə T.Tahirliyə minnətdarlığını bildirir".

Son xəbərlər

Orphus sistemi