“Unibank”ın Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsi yenidən formalaşdırılacaq

“Unibank”ın Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsi yenidən formalaşdırılacaq Bankın səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Maliyyə
1296
30 Mart , 2018 17:16
“Unibank”ın Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsi yenidən formalaşdırılacaq
Report

Bakı. 30 mart. REPORT.AZ/ Mayın 24-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Bühbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Unibank”ın kredit təşkilatı və investisiya qiymətli kağızlarının emitenti kimi hesabatlarının təsdiq olunması, Bankın Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsinin üzvlərinin yenidən seçilməsi, onlara sədr təyin edilməsi, maliyyə qurumuna kənar auditor təyin olunması və xüsusi əhəmiyyətli əqdlərin təsdiq edilməsi barədə məsələlər daxildir.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125 686 355,68 manatdır. Bankın səhmlərinin 54,3%-i Almaniyanın İnvestisiya və İnkişaf Korporasiyasının (DEG), eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının daxil olduğu xarici fiziki və hüquqi şəxslər qrupuna, 45,7%-i isə Müşahidə Şurasının (MŞ) sədri Eldar Qəribovun, MŞ-nın üzvü Emin Quliyevin və İdarə Heyətinin sədri Faiq Hüseynovun daxil olduğu yerli fiziki şəxslər qrupuna məxsusdur.

Orphus sistemi