"Unibank"ın ipoteka krediti portfeli 41 mln. manata çatıb

"Unibank"ın ipoteka krediti portfeli 41 mln. manata çatıb Bankda ipoteka şərtləri daha sərfəli olub
Maliyyə
8 Sentyabr , 2017 12:05
Unibankın ipoteka krediti portfeli 41 mln. manata çatıb
Report

Bakı. 8 sentyabr. REPORT.AZ/ “Unibank” ASC bu günə qədər 40,506 mln. manatdan çox ipoteka krediti verib, ipoteka müştərilərinin sayı 1 100-ü keçib.

“Report” bu barədə banka istinadən xəbər verir.

Məlumatda bildirilir ki, “Unibank”da ipoteka şərtləri daha da sərfəli olub. Mənzil sahibi olmaq istəyənlər, 20% ilkin ödəniş etməklə, 100 min manata qədər ipoteka krediti götürə bilərlər. Kreditlər illik 8% ilə verilir. 

Qeyd edək ki, “Unibank” 2006-cı ildən "Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları sırasındadır. İpoteka kreditləri “Unibank”ın Bakıdakı 17 saylı (“Sahil”) filialında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır. Həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin də ipoteka kreditlşməsi ilə satışında "Unibank" iştirak edir.  

“Unibank”ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında həyata keçirə bilirlər. Bunun üçün smartfondan “Unibank Mobile” əlavəsinə daxil olmaq, “Hökumət ödənişləri” bölümünü seçmək lazımdır. 

Son xəbərlər

Orphus sistemi