"Unibank"ın "Albalı Plus" kartı ilə bağlı kampaniyası davam edir

"Unibank"ın "Albalı Plus" kartı ilə bağlı kampaniyası davam edir Sərfəli qiymətə debet kartı əldə etmək istəyənlərin 4 gün vaxtı var
Maliyyə
4 Noyabr , 2016 18:08
Unibankın Albalı Plus kartı ilə bağlı kampaniyası davam edir

Bakı. 4 noyabr. REPORT.AZ/ "Unibank" ASC-nin sərfəli qiymətə "Albali Plus" debet kartı əldə edilməsi ilə kampaniyasının bitməsinə sayılı günlər qalıb. 

"Report" xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, karta sahib olmaq bir sıra üstünlüklər yaradır. Belə ki, hər alış-verişdə xərclənən vəsaitin 20%-ə qədər hissəsi kart hesabına geri qayıdır, eyni zamanda kartdakı pulu komissiyasız nağdlaşdırmaq mümkündür. Həmçinin kartda qalan pula illik 6%-dək depozit gəliri hesablanır. Debet kartı həm manat, həm də dollarda sifariş etmək mümkündür.

"Unibank"ın keçirdiyi kampaniya çərçivəsində "Albali Plus" debet kartının qiyməti cəmi 3 AZN/USD-dir. Noyabrın 8-nə qədər sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən "Unibank" filialına yaxınlaşmaqla və ya onlayn rejimdə (http://debet.albali.az/) sifariş verməklə sərfəli kampaniyadan faydalanmaq olar. 

Son xəbərlər

Orphus sistemi