“Unibank” imtiyazlı səhmlər buraxacaq

“Unibank” imtiyazlı səhmlər buraxacaq Noyabrın 6-da, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Maliyyə
19 Sentyabr , 2019 09:41
“Unibank” imtiyazlı səhmlər buraxacaq

Noyabrın 6-da, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Unibank”ın Müşahidə Şurasının və İdarə Heyətinin tərkibində dəyişiklik edilməsi, 2019-ci il üzrə kənar auditorunun təyin olunması, nizamnaməsinin dəyişdirilməsi və imtiyazlı səhmlərin buraxılması məsələləri daxildir.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 44,5%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi