"Unibank" İtaliyanın nüfuzlu maliyyə qurumu ilə əməkdaşlığa başlayıb

"Unibank" İtaliyanın nüfuzlu maliyyə qurumu ilə əməkdaşlığa başlayıb Bank beynəlxalq ticarətlə məşğul olmaq istəyən korporativ müştərilərin ticarət əməliyyatlarını dəstəkləyəcək
Maliyyə
11 Mart , 2016 18:11
Unibank İtaliyanın nüfuzlu maliyyə qurumu ilə əməkdaşlığa başlayıb

Bakı. 11 mart. REPORT.AZ/ "Unibank" ASC İtaliyanın "UniCredit Group" maliyyə təşkilatı ilə əməkdaşlığa başlayıb.

Bankdan "Report"a verilən məlumata görə, beynəlxalq ticarətlə məşğul olmaq istəyən korporativ müştərilərin ticarət əməliyyatları "UniCredit Group" tərəfindən dəstəklənəcək. Bu əməkdaşlıq bankın sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi üzrə tərəfdaşlar şəbəkəsini davamlı genişləndirməsinin daha bir göstəricisidir. 

"UniCredit Group" tərəfindən ayrılan kredit xətti sənədli əməliyyatlar müştərilərə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına imkan verəcək. "Unibank" bu xidmətdən istifadə edən korporativ müştərilərinə maliyyə dəstəyi də göstərəcək", - deyə Bankın məlumatında deyilir.

Qeyd edək ki, "UniCredit Group" dünyada 50-yə yaxın geniş bank şəbəkəsi olan ən böyük maliyyə qruplarından biridir. Mərkəzi və Şərqi Avropada böyük beynəlxalq bank şəbəkəsinə malik qrupun bir çox keçmiş SSRİ ölkələrində də törəmə bankları mövcuddur.

Son xəbərlər

Orphus sistemi