"Unibank"ın yeni filialı açılıb

"Unibank"ın yeni filialı açılıb ​"Unibank"ın Sumqayıtda daha bir filialı fəaliyyətə başlayıb
Maliyyə
29 Yanvar , 2015 18:00
Unibankın yeni filialı açılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ "Unibank"ASC istehlakçıların tələbatını nəzərə alaraq Sumqayıtda ikinci filialını açıb.

"Report"un verdiyi xəbərə görə, “Gənclər şəhəri” filialı 5-ci mikrorayon və 45-ci məhəllə arasındakı ərazidə (N.Nərimanov küçəsindəki inzibati bina) yerləşir. Filialın xidmətlərindən yalnız sumqayıtlılar deyil, ətraf rayonların əhalisi də istifadə edə biləcək.

“Gənclər şəhəri” filialı vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar daxil olmaqla, bütün bank xidmətlərini göstərir. Vətəndaşlar filialdan nağd kreditlər və mikro kreditlər götürə bilərlər.

"Unibank"ın xidmət və məhsullarından istifadə etmək istəyən hər kəs həftənin 6 günü saat 09:00-dan 17:00-dək “Gənclər şəhəri” filialına müraciət edə bilər. 

Son xəbərlər

Orphus sistemi