​"Unibank" depozit faizlərini artırıb

​"Unibank" depozit faizlərini artırıb Əvvəlki şərtlərlə müqayisədə “Müddətli” əmanət növü üzrə faizlər 1,5%-dək yüksəlib
Maliyyə
27 Yanvar , 2015 11:20
​Unibank depozit faizlərini artırıb

Bakı. 27 yanvar. REPORT.AZ/ "Unibank" ASC “Müddətli” əmanət növü üzrə ABŞ dolları ilə qoyulan əmanətlər üçün faiz dərəcəsini artırıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, dəyişikliyə əsasən, vətəndaşlar bu əmanət növü üzrə 1-3 il müddətinə dollarla olan depozitlərini illik 10-14%-lə yerləşdirə biləcəklər. Əvvəlki şərtlərlə müqayisədə “Müddətli” əmanət növü üzrə faizlər 1,5%-dək yüksəlib.

Hazırda "Unibank"da “Müddətli”, “Proqressiv” və “Yığım” növü olan əmanətlər mövcuddur. “Müddətli” depozitin şərtlərinə əsasən 36 ay müddətə və 14%-dək ən azı 500 AZN/USD/EUR həcmində vəsait yerləşdirib aylıq və ya müddətin sonunda faizləri əldə etmək mümkündür. Eyni zamanda müştərilərə aylıq faizləri banka gəlmədən əldə etmək üçün məbləğdən asılı olaraq pulsuz Visa və ya Mastercard kartları təqdim olunur. Müştəri əmanətinin sığortalanmasını istəyərsə, “Müddətli” əmanət növü üzrə illik gəlirliliyi 9% olan əmanət qoyuluşu həyata keçirə bilər.

“Proqressiv” depozitinin şərtlərinə əsasən müştəri əmanəti istənilən vaxtda götürərək, bu dövr üçün vəsaitləri üzrə qüvvədə olan dərəcəyə uyğun hesablanan faizləri əldə edə bilər. Bu depozit növü üzrə müddət 12 ay, minimal məbləğ 200 AZN/USD/EUR-dir.

Minimum məbləğ 50 AZN/USD/EUR olan “Yığım” depozitinin şərtlərinə uyğun olaraq, müştəri əmanətini hər ay artırmaqla (minimum 10 AZN) 2% əlavə bonus əldə edə bilər.

"Unibank" əmanət sahibinə depozitinin 90%-i həcmində əmanət təminatlı kredit də verir.

Son xəbərlər

Orphus sistemi