“Unibank” “Cash back” layihəsində ən çox partnyoru olan bankdır

“Unibank” “Cash back” layihəsində ən çox partnyoru olan bankdır Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan bazarındakı bank kartlarının müqayisəsi göstərib ki, ölkədə ən çox “cash back” partnyoru olan bank “Unibank” ASC-dir.
Maliyyə
19 Dekabr , 2017 19:15
“Unibank” “Cash back” layihəsində ən çox partnyoru olan bankdır
Report

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan bazarındakı bank kartlarının müqayisəsi göstərib ki, ölkədə ən çox “cash back” partnyoru olan bank “Unibank” ASC-dir.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, hazırda 500-dən artıq partnyor mağaza və xidmət mərkəzində “Unibank” kartları ilə edilən ödənişlər zamanı kart sahibinin xərclədiyi vəsaitin bir hissəsi onun hesabına geri qayıdır.

Bank kartları içərisində ən yüksək faizlə “cash back” qazandıran da “Unibank” kartlarıdır. Bankın bütün əmək haqqı kartlarının, eləcə də “ALBALI PLUS” kredit və “ALBALI PLUS” debet kartlarının sahibləri partnyor mağazalarda alış-veriş edərkən, eləcə də xidmətlərdən istifadə edərkən xərclədikləri vəsaitin 30%-ə qədər hissəsini geri alırlar. Bank indiyə qədər bu layihə çərçivəsində 150 min manatdan çox “cash back” ödəyib.

Partnyor şəbəkəsində istənilən sektordan - supermarket, geyim, aksesuar, parfümeriya, texnika, turizm, səhiyyə və tibb, avto, ev əşyaları və digər tərəfdaşları tapmaq mümkündür. Daha ətraflı siyahı ilə https://goo.gl/878w6z linkindən tanış olmaq mümkündür.

“Unibank” kartlarının sahiblərinin qazancı təkcə “cash back” deyil. Belə ki, kartların çoxu depozit funksiyalı olduğundan orada saxlanılan şəxsi vəsaitə illik 6%-ə qədər bonus qazandırır.

Bundan başqa, “Unibank” kartlarının sahibləri pulsuz mobil bankinq xidməti ilə ən rahat şəkildə ödənişlər edə, “Unibank Mobile”da apardıqları əməliyyatlar nəticəsində qazandıqları bonusları ödənişə və hədiyyələrə çevirə, təcili kart lazım olduqda, dərhal filialda müraciət anında “ALBALI debet” kartı ala, şəxsi kabinetdə karta ödənişlərə və xərclərə nəzarət edə, hesablarına istənilən “E-manat” və “Unibank” ödəniş terminallarında mədaxil edə (məbləğ onlayn rejimdə həmin vaxt kartın balansına yüklənir), avtomatik qoşulan “3D secure” xidmətindən faydalana bilərlər. Qeyd edək ki, “Unibank”ın debet kartı müştərinin istəyinə görə, manat, dollar, avro və yaxud funt sterlinq valyutasında sifariş edilə bilər.

Bütün qeyd olunan üstünlüklərdən əlavə, yanvarın 15-nə qədər “Unibank” kartları ilə edilən nağdsız ödənişlərin hər 10 manatlıq hissəsi müştəriyə lotereyada iştirak edərək dəyərli pul mükafatları, o cümlədən əsas mükafatı - 2018 manat qazanmaq şansı verir.

“Əgər hələ də dəyər qazandıran kartınız yoxdursa, http://go.unibank.az/2Azdz07 linkindən onlayn rejimdə kart sifariş verə və yaxud istənilən “Unibank” filialına yaxınlaşmaqla, sərfəli bank kartı əldə edə bilərsiniz. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ), “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar”, - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi