“Unibank” bu ilin I yarısını mənfəətlə başa vurub

“Unibank” bu ilin I yarısını mənfəətlə başa vurub Bakı. 20 iyul. REPORT.AZ/ “Unibank” ASC-nin aktivləri ilin əvvəlindən 3,6% azalaraq bu il iyulun 1-nə 690,444 mln. manat təşkil edib. Bu ...
Maliyyə
20 İyul , 2017 10:56
“Unibank” bu ilin I yarısını mənfəətlə başa vurub
Report

Bakı. 20 iyul. REPORT.AZ/ “Unibank” ASC-nin aktivləri ilin əvvəlindən 3,6% azalaraq bu il iyulun 1-nə 690,444 mln. manat təşkil edib. 

Bu barədə "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Hesabata əsasən, son 6 ayda "Unibank"ın kredit portfeli 9,2% azalaraq 387,354 mln. manat enib.

Yarım il ərzində "Unibank"ın cəmi öhdəlikləri 11,8% azalaraq 573,506 mln. manat olub. Bunun 362,371 mln. manatını Bankdakı müştəri hesabları təşkil edib. 

Hesabat dövründə "Unibank"ın cəmi kapitalı isə 75,8% artaraq 116,938 mln. manat olub. Bunun isə 104,449 mln. manatını Bankın məcmu kapitalı təşkil edib. 

"Unibank" bu ilin I yarısını 1,094 mln. manat xalis mənfəətlə başa vurub. Belə ki, Bank 6 ay ərzində 22,258 mln. manat faiz gəliri, 1,780 mln. manat qeyri-faiz gəliri əldə edib. Bankın faiz xərci 7,032 mln. manat, qeyri-faiz xərci 11,628 mln. manat təşkil edib. 

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 119 685 712 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2,72 manat olan 44 002 100 səhm əsasında formalaşıb. Səhmlərin 21,9%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 27,6%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 41,9%-i Bankın Müşahidə Şurasının sədri Eldar Qəribova, 2,6%-i Zemfira Cəfərovaya, 6%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Son xəbərlər

Orphus sistemi