"Unibank" bu ilin I rübünü mənfəətlə başa vurub

"Unibank" bu ilin I rübünü mənfəətlə başa vurub "Unibank" ASC bu ilin I rübünü 6,3 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 8,1 milyon manat zərərlə çıxmışdı.
Maliyyə
28 Aprel , 2020 13:22
Unibank bu ilin I rübünü mənfəətlə başa vurub
Unibank / Report

"Unibank" ASC bu ilin I rübünü 6,3 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 8,1 milyon manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, yanvar-mart aylarında "Unibank"ın gəlirləri 28,3 milyon manat (illik müqayisədə 2,3% çox), xərcləri 24,5 milyon manat (9,3% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2,5 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Unibank"ın aktivləri 755,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,6% çoxdur. Bunun 417 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,3% böyüyüb.

Hesabat dövründə "Unibank"ın öhdəlikləri 2,1% azalaraq 659,8 milyon manata, o cümlədən depozit portfeli 2,8% azalaraq 486,8 milyon manata düşüb, balans kapitalı isə 53,4% artaraq 96,2 milyon manata çatıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 77,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 9%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi