“Unibank” biznes sahiblərinə yeni xidmət təklif edir

“Unibank” biznes sahiblərinə yeni xidmət təklif edir Bakı. 28 noyabr. REPORT.AZ/ Rəqəmsal bankçılıqda davamlı ilklərə imza atan “Unibank” ASC biznes sahibləri üçün daha bir xidmətini istifadəyə verib.
Maliyyə
28 Noyabr , 2017 10:18
“Unibank” biznes sahiblərinə yeni xidmət təklif edir
Report

Bakı. 28 noyabr. REPORT.AZ/ Rəqəmsal bankçılıqda davamlı ilklərə imza atan “Unibank” ASC biznes sahibləri üçün daha bir xidmətini istifadəyə verib.

Bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, indi sahibkarlar istədikləri vaxt banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilərlər.

Bu yeni xidmət sahibkarlara həftənin bütün günləri, cəmi bir neçə dəqiqə ərzində minimal məlumatlar daxil etməklə, 3 dildə aktivasiya hesabı açmaq imkanı verir. Bronlaşdırılmış hesab 10 iş təqvim günü ərzində aktiv olur. Alınmış hesab nömrəsi kontragentlərə təqdim edilə və sənədlərdə göstərilə bilər. Bron edilmiş hesabdan sonrakı mərhələdə də istifadə etmək üçün tələb olunan sənədlər paketini 10 gün müddətində “Unibank”ın istənilən filialına təqdim etmək lazımdır. Hesab rekvizitləri dərhal hesab sahibinin elektron poçt ünvanına göndərilir.

Sahibkarlara hesab bron etmək üçün aşağıdakı linkdən istifadə edə bilərlər:

https://onlineservices.unibank.az/AccountOrder/index.html

Biznes sahibləri “Unibank”ın yüksək keyfiyyətli məhsul və xidmətlərindən faydalanmaq üçün bankın filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi