“Unibank” biznes sahiblərinə girovsuz 100 min manata qədər kredit təklif edir

“Unibank” biznes sahiblərinə girovsuz 100 min manata qədər kredit təklif edir Bakı. 14 dekabr. REPORT.AZ/ “Unibank” ASC-nin müştərisi olan biznes sahibləri indi heç bir girov təqdim etmədən, hesabları üzrə keçən dövriyyə əsasında 100 min manata qədər kredit əldə edə bilərlər.
Maliyyə
14 Dekabr , 2017 15:18
“Unibank” biznes sahiblərinə girovsuz 100 min manata qədər kredit təklif edir
Report

Bakı. 14 dekabr. REPORT.AZ/ “Unibank” ASC-nin müştərisi olan biznes sahibləri indi heç bir girov təqdim etmədən, hesabları üzrə keçən dövriyyə əsasında 100 min manata qədər kredit əldə edə bilərlər.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, üstəlik kredit müştəriyə lazım olan ən qısa müddətdə, cəmi bir gün ərzində və sərfəli faizlə ayrılır. Biznes sahibi krediti 1 həftə ərzində Banka geri qaytararsa, heç bir faiz ödəməyəcək. Bu məhsul “Unibank" hesabları ilə cari dövriyyələrini aparan biznes sahibləri üçün hazırlanan təkliflər paketinin bir hissəsidir.

“Unibank”ın Korporativ bank xidmətləri departamentinin rəhbəri Tural Hüseynov hesab edir ki, cəmi bir gün ərzində, əlavə sənəd və girov tələbi olmadan, üstəlik 7 gün faiz hesablanmamaq şərti ilə ayrılan bu kredit bankın müştərilərinin qısamüddətli kassa kəsirlərinin aradan qaldırılması üçün çox sərfəli bir alətdir.

Qeyd edək ki, "Unibank" bir müddət əvvəl biznes sahibləri üçün daha bir xidmət istifadəyə verib. Artıq biznes sahibləri istədikləri vaxt, banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilirlər (https://onlineservices.unibank.az/AccountOrder/index.html).

“Unibank”ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Bankın mükəmməl rəqəmsal bankçılıq xidmətləri – “Unibank Mobile Business” (http://onelink.to/um-business), “Internet Banking” və “Telegram Bot” biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.

“Unibank” geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09:00-dan saat 17:00-a qədər “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli” filiallarına və “Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank"ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients) əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi