"Unibank" biznes sahibləri üçün mobil əlavəni istifadəyə verib

"Unibank" biznes sahibləri üçün mobil əlavəni istifadəyə verib Yaxın günlərdə "Unibank Mobile Business" daha da təkmilləşəcək
Maliyyə
18 Aprel , 2017 12:21
Unibank biznes sahibləri üçün mobil əlavəni istifadəyə verib

Bakı. 18 aprel. REPORT.AZ/ "Unibank" ASC Azərbaycan bank xidmətlərində daha bir ilkə imza atıb. Bank fərdi sahibkarlar üçün "Unibank Mobile Business" əlavəsini istifadəyə verib.

"Report" bu barədə Banka istinadən xəbər verir. Bu xidmət Bankın müştərisi olan fərdi sahibkarlara banka gəlmədən, 24/7 "Unibank"dakı hesablarını idarə etmək, bankın digər xidmətlərindən faydalanmaq imkanı verir.

"Unibank Mobile Business" fərdi sahibkarlara kartlarında və hesablarında olan vəsaitlərin idarə edilməsi, kartlar, hesablar, depozitvə kreditləriilə bağlı istənilən məlumatı almaq, kart və hesab üzrə çıxarışın əldə edilməsi, kartlar və hesablar arası köçürmələr, "Unibank"ın digər müştərisinə köçürmələr etmək, kredit, kommunal, internet və digər ödənişlərin həyata keçirilməsi, bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapmaq, gündəlik valyuta məzənnələrindən, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tutmaq, günün istənilən vaxtı banka məktub yazmaq imkanları yaradır.

Yaxın günlərdə "Unibank Mobile Business" daha da təkmilləşəcək. Fərdi sahibkarlar vergi, gömrük rüsumlarını və DSMF-yə ödənişlərini də bu mobil əlavə ilə edə biləcəklər.

Unibank Mobile BUSİNESS İOS və Android platformalarında işləyir. Planşetə və smartfona "Unibank"ın mobil bank xidmətini bu linkdən http://onelink.to/um-business yükləmək olar. 

yükləyə bilərsiniz. Fərdi sahikarlar "Unibank Mobile Business" mobil əlavəsinə "Asan İmza" vasitəsi ilə və "Unibank"ın filiallarında qoşula bilərlər. 

Son xəbərlər

Orphus sistemi