"Unibank" 9 aylıq maliyyə göstəricilərini açıqlayıb

"Unibank" 9 aylıq maliyyə göstəricilərini açıqlayıb Bakı. 26 oktyabr. REPORT.AZ/
Maliyyə
26 Oktyabr , 2017 17:37
Unibank 9 aylıq maliyyə göstəricilərini açıqlayıb
Report

Bakı. 26 oktyabr. REPORT.AZ/ “Unibank” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 604,823 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9% azdır.

“Unibank”ın aktivlərinin 46,4%-i və yaxud 280,613 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 36,6% kiçilib.

Hesabat dövründə “Unibank”ın cəmi öhdəlikləri 14,7% azalaraq 561,833 mln. manat, o cümlədən depozit portfeli 2,8% artaraq 377,262 mln. manat olub.

Bankın balans kapitalı 37,8% azalaraq 42,99 mln. manat, nizamnamə kapitalı isə 69,6% artaraq 119,686 mln. manat təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında “Unibank”ın faiz gəlirləri 96,468 mln. manat (1 il əvvələ nisbətən 0,4% az), faiz xərcləri 32,855 mln. manat (9,7% az), qeyri-faiz gəlirləri 1,2 mln. manat (94,1% az), qeyri-faiz xərcləri isə 59,377 mln. manat (69,7% çox) təşkil edib. Beləliklə, Bankın xalis əməliyyat 5,436 mln. manat olub ki, bu da illik müqayisədə 88,15% azdır.

“Unibank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmalara ötən illə müqayisədə 79,2% az – 15,43 mln. manat ayırıb və ilin ilk 9 ayını 9,995 mln. manat xalis zərərlə başa vurub. Bu, illik müqayisədə 64,8% azdır.

Xatırladaq ki, "Unibank" ASC 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın dövriyyədə hər birinin nominal dəyəri 2,72 manat olan 44 002 326 ədəd səhmi var. Səhmlərin 41,906%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,5993%-i Zemfira Cəfərovaya, 19,4133%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,3668%-i Almaniyanın DEG investisiya və inkişaf cəmiyyətinə, 7,9815%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,2953%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4378%-i isə yerli minoritar səhmdarlara məxsusdur.

Son xəbərlər

Orphus sistemi