"Unibank" 2016-cı ilin yekunu ilə bağlı maliyyə göstəricilərini açıqlayıb

"Unibank" 2016-cı ilin yekunu ilə bağlı maliyyə göstəricilərini açıqlayıb Bakı. 21 yanvar. REPORT.AZ/ “Unibank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 716,522 mln. manat təşkil edib. “Report” Bankın maliyyə hesabatına...
Maliyyə
21 Yanvar , 2017 10:13
Unibank 2016-cı ilin yekunu ilə bağlı maliyyə göstəricilərini açıqlayıb

Bakı. 21 yanvar. REPORT.AZ/ “Unibank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 716,522 mln. manat təşkil edib. “Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 30,3% azdır.

“Unibank”ın aktivlərinin 59,54%-ni və yaxud 426,612 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2016-cı ildə Bankın kredit portfeli 45,48% azalıb.

Ötən il kredit təşkilatının cəmi öhdəlikləri 29,78% azalaraq 650,005 mln. manat, cəmi kapitalı isə 35,01% azalaraq 66,516 mln. manat olub.

Hesabat dövründə “Unibank”ın faiz gəlirləri 122,014 mln. manat (2015-ci ilə nisbətən 23,61% azalma), faiz xərcləri 44,97 mln. manat (15,6% azalma), qeyri-faiz gəlirləri 42,429 mln. manat (0,95% artım), qeyri-faiz xərcləri isə 48,139 mln. manat (23,57% azalma) təşkil edib. Beləliklə, Bankın xalis əməliyyat mənfəəti 71,334 mln. manat olub. Bu isə 2015-ci illə müqayisədə 16,55% azdır.

“Unibank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 il əvvələ nisbətən 9,31% az - 102,634 mln. manat yönəldib və 2016-cı ili 31,301 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 13,04% azdır.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bu məbləği hər birinin nominal dəyəri 2,72 manat olan 25 943 100 adi və imtiyazlı səhm əsasında formalaşıb. Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Son xəbərlər

Orphus sistemi