​"Unibank"ın ixtisaslaşdırılmış filialı açılıb

​"Unibank"ın ixtisaslaşdırılmış filialı açılıb Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanın "Unibank" ASC kiçik və orta bizneslə məşğul olanlara xüsusi xidmət təklif edir. Bankın ilk ...
Maliyyə
25 Avqust , 2014 16:05
​Unibankın ixtisaslaşdırılmış filialı açılıb

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanın "Unibank" ASC kiçik və orta bizneslə məşğul olanlara xüsusi xidmət təklif edir. Bankın ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filialı fəaliyyətə başlayıb. "Qara Qarayev" metro stansiyasına yaxın, A.Manafov küçəsi,9 ünvanında yerləşən “Qara Qarayev” biznes-filialı, kiçik və orta bizneslə məşğul olan müştərilərin bank xidmətlərinə tələbatını ödəyəcək. Paytaxtın ən aktiv biznes mühitində yerləşən və yeni vizual tərtibata uyğun “Qara Qarayev” filialında, hər bir müştəri üçün fərdi xidmət nəzərdə tutulur.

Bankın baş ofisindən “Report”a bildirilib ki, səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyaya əsasən, "Unibank" gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq. Bu strategiyanın reallaşması üçün bir çox məqsədlər qoyulub. Birincisi, kiçik və orta bizneslə məşğul olan müştərilərin xidməti üçün istisaslaşdırılmış filialların açılmasıdır. İkincisi - biznes sahəsinin brendləşdiriməsidir ki, burada da məqsəd bu biznes sahənin riteyl biznesindən ayrılması və bank daxilində ayrıca sahə kimi xidmət göstərməsidir.

Bundan əlavə, əsas məqsədlərdən biri beynəlxalq proqramlarda daha fəal iştirak etməklə, kiçik və orta bizneslə məşğul olan müştərilər üçün sərfəli şərtlərlə maliyyə resursları cəlb etmək, kredit şərtlərinin təkmilləşdirilməsidir. Sahibkarlara texniki dəstək - biznes müştərilərinin banka gəlmədən öz hesab və CRM-lərini idarəetməsinə imkan verən internet-bankinq sisteminin daha da təkmilləşdirmək də əsas hədəflərdəndir. Eyni zamanda, Bank regionlarda fəaliyyətini daha genişləndirmək niyyətindədir.

Qeyd edək ki, "Unibank" gələcəkdə biznesə dəstək üzrə ixtisaslaşdırılmış filial şəbəkəsini daha da genişləndirmək fikrindədir.

Son xəbərlər

Orphus sistemi