​Ukraynadakı hadisələr Rusiyada valyutanı bahalaşdırıb

​Ukraynadakı hadisələr Rusiyada valyutanı bahalaşdırıb Ekspertlər: Neftin ucuzlaşması və Ukraynadakı hadisələr rublun məzənnəsinə təsir edir
Maliyyə
4 İyun , 2015 13:07
​Ukraynadakı hadisələr Rusiyada valyutanı bahalaşdırıb

Bakı. 4 iyun. REPORT.AZ/ Ukraynanın şərqində hərbi əməliyyatların canlanması Rusiya rublunun mövqeyini zəiflədib. Aprel ayının əvvəlindən etibarən Rusiyada dollar ilk dəfə 54 rubl, avro isə 61 rubl səviyyəsinə yüksəlib.

"Report" xəbər verir ki, valyuta bazarında treyder xidmətləri göstərən "BKS Group" şirkətinin rəhbəri Aleksandr Myulbergerin sözlərinə görə, bazar Ukraynada hərbi əməliyyatların başlaması xəbərinə reaksiya verir.

Bu fikirlə "Renessans Kapital" şirkətinin Rusiya və MDB üzrə baş iqtisadçısı Oleq Kuzmin də razılaşıb: "Rublun məzənnəsinə neftin qiymətinin düşməsi və Ukraynadakı hadisələr təsir edib. Amma ən çox təsir edəni Ukraynada döyüşlərin yenidən qızışmasıdır. Ukraynadan bir müddət xəbərlərin gəlməməsi bir daha onu göstərdi ki, oradakı problem həll olunmayıb və hər an yarana biləcək gərginlik maliyyə bazarlarına ciddi təsir edə bilər".

O.Kuzmin daha sonra bildirib ki, rublun məzənnəsinin zəifləməsinin ilk siqnalları Rusiya Mərkəzi Bankı tərəfindən may ayında verilib. O zaman məzənnənin 50 RUB/USD səviyyəsindən aşağı düşməsi Mərkəzi Bank tərəfindən dəstəklənməyib.

Qeyd edək ki, hazırda dollar 55 rubla, avro isə 62 rubla satılır.

Son xəbərlər

Orphus sistemi