Ukraynada ötən il ÜDM artıb

Ukraynada ötən il ÜDM artıb Bu il ölkədə 3% ÜDM artımı proqnozlaşdırıb
Maliyyə
23 Yanvar , 2017 20:35
Ukraynada ötən il ÜDM artıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Ukraynanın 2016-cı ildə iqtisadi artım tempi 1,8% təşkil edib. 

"Report" "Rambler" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama ölkənin maliyyə nazirinin müavini Oksana Markarova tərəfindən verilib. 

Regionların iqtisadi inkişafı seminarında çıxış edən O.Markarova 2017-ci ildə 3% iqtisadi artım proqnozlaşdırdıqlarını bildirib. O, 2017-ci ildə iqtisadi artımın hərəkətverici qüvvəsi kimi ölkəyə kapital axını və ixracın artırılmasının vacibliyini deyib. 

Qeyd edək ki, Ukraynanın ÜDM-i 2014-cü ildə 6,6%, 2015-ci ildə 9,9% azalma göstərib.  

Son xəbərlər

Orphus sistemi