Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini artırıb Bakı. 14 dekabr. REPORT.AZ/ Ukrayna Mərkəzi Bankı (NBU) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 13,5%-dən 14,5%-ə yüksəldib.
Maliyyə
14 Dekabr , 2017 17:14
Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Ukrayna Mərkəzi Bankı (NBU) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 13,5%-dən 14,5%-ə yüksəldib.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, buna səbəb ölkədə inflyasiyanın sürətlənməsi amili olub.

NBU-dan verilən açıqlamada bildirilir ki, ortamüddətrli perspektivdə inflyasiya hədəf səviyyəyə endirilənə qədər sərt pul siyasəti davam etdiriləcək. Qərardan sonra Ukraynada dolların 0,85% ucuzlaşaraq məzənnə 27,03 qrivnaya düşüb.

Qeyd edək ki, oktyabr ayının 26-da NBU uçot dərəcəsini 12,5%-dən 13,5%-ə yüksəldib.

Son xəbərlər

Orphus sistemi