“Twitter” kriptovalyutalar üzrə bölmə yaradıb

“Twitter” kriptovalyutalar üzrə bölmə yaradıb “Twitter” sosial şəbəkəsi blokçeyn, kriptovalyuta, mərkəzləşdirilməmiş tətbiqlər və DeFi (Decentralization Finance) həllərinin hazırlanması üzrə bölmə yaradıb.
Maliyyə
11 Noyabr , 2021 15:51
“Twitter” kriptovalyutalar üzrə bölmə yaradıb

“Twitter” sosial şəbəkəsi blokçeyn, kriptovalyuta, mərkəzləşdirilməmiş tətbiqlər və DeFi (Decentralization Finance) həllərinin hazırlanması üzrə bölmə yaradıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, “Twitter Crypto” adlanan yeni bölməyə “Tendermint Core” protokolunun hazırlanmasında, həmçinin “Chain.com” və “Cosmos” layihələrində iştirak etmiş Tess Rinearson rəhbərlik edəcək.

Bölmənin prioritet vəzifəsi ödənişlər, kontent yaradıcılarının kriptovalyuta qazanmaq vasitələri və şəbəkənin mərkəzləşdirilməməsi olacaq.

“Twitter” artıq bitkoində ianələr qəbulu opsiyasını əlavə edib və NFT (Non-fungible Token) identifikasiyanın anonsunu verib.

Son xəbərlər

Orphus sistemi