Türkiyənin xarici ticarətində müsbət saldoya görə Azərbaycan 6-cı yerdədir

Türkiyənin xarici ticarətində müsbət saldoya görə Azərbaycan 6-cı yerdədir Bakı. 9 mart. REPORT.AZ/ 2017-ci ildə Türkiyənin Azərbaycanla xarici ticarətində 1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Azərbayan bu baxımdan 6-cı sırada qərarlaşıb. 
Maliyyə
9 Mart , 2018 16:36
Türkiyənin xarici ticarətində müsbət saldoya görə Azərbaycan 6-cı yerdədir

Bakı. 9 mart. REPORT.AZ/ 2017-ci ildə Türkiyənin Azərbaycanla xarici ticarətində 1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Azərbayan bu baxımdan 6-cı sırada qərarlaşıb. 

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Statistika İdarəsi (TÜİK) məlumat yayıb. 

Ötən il Türkiyənin ixracının idxalından ən çox olduğu ölkə İraq olub. Bu ölkə ilə 7,5 mlrd. dollarlıq müsbət saldo yaranıb. 2-ci yerdə 3,6 mlrd. dollarlıq göstərici ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 3-cü yerdə isə 3,1 mlrd. dollarlıq göstərici isə Böyük Britaniya qərarlaşıb. Siyahıda Gürcüstan isə 994 mln. dollarlıq müsbət saldo ilə Azərbaycandan sonra 7-ci yeri tutub. 

Bununla belə, 2017-ci ildə Türkiyənin bütün xarici ticarət əməliyyatları üzrə müsbət salda əldə etmək mümkün olmayıb. Bu ölkənin ixracı 157,055 mlrd. dollar, idxalı isə 233,792 mlrd. dollar təşkil edib. Son nəticədə xarici ticarətdə 76,737 mlrd. dollarlıq mənfi saldo yaranıb. Bu isə, əsasən, 3 ölkənin hesabına formalaşıb. Belə ki, kəsirin 20,4 mlrd. dolları və yaxud 27%-i Çin, 16,8 mlrd. dolları və yaxud 22%-i Rusiya, 6,2 mlrd. dolları və yaxud 8%-i isə Almaniya ilə yaranıb. 

Son xəbərlər

Orphus sistemi