Türkiyənin qızıl-valyuta ehtiyatları yenə azalıb

Türkiyənin qızıl-valyuta ehtiyatları yenə azalıb Son iki həftə ərzində Türkiyənin qızıl-valyuta ehtiyatları 2,9 mlrd. dollara yaxın azalıb
Maliyyə
6 Aprel , 2017 15:59
Türkiyənin qızıl-valyuta ehtiyatları yenə azalıb

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 25-31 mart həftəsində 1,525 mlrd. ABŞ dolları və ya 1,42% azalaraq 105,680 mlrd. dollar təşkil edib.

"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları 144 mln. dollar və ya 0,83% azalaraq 17,102 mlrd. dollara, valyuta ehtiyatları isə 1,381 mlrd. dollar və ya 1,54% azalaraq 88,578 mlrd. dollara düşüb. 

Bu ilin yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 21,71% artıb, valyuta ehtiyatları isə 3,77% azalıb. Məcmu ehtiyatlar isə ilin əvvəli ilə müqayisədə 0,4% azalıb. Xatırladaq ki, ötən həftə Türkiyənin qızıl-valyuta ehtiyatları 1,486 mlrd. dollar və ya 1,37% azalma göstərib. Beləliklə, iki həftəlik ümumi azalma 2,867 mlrd. dollar olub.

Son xəbərlər

Orphus sistemi