Türkiyənin qızıl-valyuta ehtiyatları 1 mlrd. dollardan çox artıb

Türkiyənin qızıl-valyuta ehtiyatları 1 mlrd. dollardan çox artıb Xarici investorlar 600 mln. dollara yaxın qiymətli kağız alıb
Maliyyə
8 İyun , 2017 19:00
Türkiyənin qızıl-valyuta ehtiyatları 1 mlrd. dollardan çox artıb

Bakı. 8 iyun. REPORT.AZ/ Türkiyənin beynəlxalq (qızıl-valyuta) ehtiyatları mayın 27-dən iyunun 2-dək davam edən 1 həftə ərzində 1,059 mlrd. ABŞ dolları və yaxud 0,98% artaraq 105,958 mlrd. dollara yüksəlib.

"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində ölkənin qızıl ehtiyatları 34 mln. dollar və yaxud 0,19 % artaraq 17,995 mlrd. dollar, valyuta ehtiyatları isə 992 mln. dollar və yaxud 1,14% artaraq 87,963 mlrd. dollar olub.

Bu ilin yanvarın 1-i ilə müqayisədə Türkiyənin qızıl ehtiyatları 28,07% artıb, valyuta ehtiyatları isə 4,44% azalıb. Ölkənin məcmu ehtiyatları isə ilin əvvəlinə nisbətən 0,14% azalıb.

Xatırladaq ki, Türkiyənin qızıl-valyuta ehtiyatları bundan əvvəlki həftə də 91 mln. dollar və yaxud 0,09% azalma nümayiş etdirib. Hesabat həftəsində xarici investorlar Türkiyənin maliyyə bazarlarından 591 mln. dollarlıq qiymətli kağız alıblar.

Son xəbərlər

Orphus sistemi