Türkiyənin qızıl ehtiyatı artıb

Türkiyənin qızıl ehtiyatı artıb Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) mart ayında əvvəlki aya nisbətən 3,7% azalaraq 110,3 mlrd. dollara geriləyib.
Maliyyə
157
27 Aprel , 2018 15:50
Türkiyənin qızıl ehtiyatı artıb

Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) mart ayında əvvəlki aya nisbətən 3,7% azalaraq 110,3 mlrd. dollara geriləyib.

"Report" bu barədə Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir.

Hesabat dövründə qızıl ehtiyatları 1% artaraq 25,3 mlrd. dollar, valyuta ehtiyatları isə 5,2% azalaraq 83,4 mlrd. dollar təşkil edib.

Qızıl ehtiyatları mart ayında illik müqayisədə 39,2%, əvvəlki aya nisbətən isə 0,7% və ya 3,6 ton artaraq 542,8 tona çatıb. 

İngilis versiyası Gold reserves of Turkey grew

Son xəbərlər

Orphus sistemi