Türkiyənin "Denizbank"ı ərəblərə satılır

Türkiyənin "Denizbank"ı ərəblərə satılır Bakı. 22 may. REPORT.AZ/ Dubayda (BƏƏ) fəaliyyət göstərən Emirates NBD şirkəti Rusiyanın Sberbankın Türkiyədəki aktivi olan Denizbankı alacaq.
Maliyyə
22 May , 2018 13:27
Türkiyənin Denizbankı ərəblərə satılır
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ Dubayda (BƏƏ) fəaliyyət göstərən "Emirates NBD" şirkəti Rusiyanın "Sberbank"ın Türkiyədəki aktivi olan "Denizbank"ı alacaq.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı hər iki tərəf saziş imzalayıb.

Sazişə əsasən, "Emirates NBD" "Denizbank"ın səhmlərinin 99,85%-ni 3,2 mlrd. ABŞ dolları ödəməklə əldə edəcək. Sövdələşmə Türkiyə, Rusiya, BƏƏ və "Denizbank"ın fəaliyyət göstərdiyi bütün ölkələrin tənzimləyici qurumları ilə razılaşdırılmalıdır. Razılaşmanın bu ilin sonunda qüvvəyə minəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi