Bakı. 25 may. REPORT.AZ/ Türkiyənin beynəlxalq (qızıl-valyuta) ehtiyatları mayın 13-dən 19-na qədər davam edən 1 həftə ərzində 407 mln. ABŞ dolları və yaxud 0,39% azalaraq 105,023 mlrd. dollara düşüb.
"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində ölkənin qızıl ehtiyatları 41 mln. dollar və yaxud 0,23% artaraq 18,009 mlrd. dollar, valyuta ehtiyatları isə 448 mln. dollar və yaxud 0,51% azalaraq 87,014 mlrd. dollar olub.
Bu ilin yanvarın 1-i ilə müqayisədə Türkiyənin qızıl ehtiyatları 28,17% artıb, valyuta ehtiyatları isə 5,47% azalıb. Ölkənin məcmu ehtiyatları isə ilin əvvəlinə nisbətən 1,02% azalıb.
Xatırladaq ki, Türkiyənin qızıl-valyuta ehtiyatları bundan əvvəlki həftə də 500 mln. dollar və yaxud 0,47% azalma nümayiş etdirib. Hesabat həftəsində xarici investorlar Türkiyənin maliyyə bazarlarından 505 mln. dollarlıq qiymətli kağız alıblar.