Türkiyənin beynəlxalq ehtiyatları azalıb

Türkiyənin beynəlxalq ehtiyatları azalıb Valyuta ehtiyatları azalıb, qızıl isə artıb
Maliyyə
19 Yanvar , 2017 19:49
Türkiyənin beynəlxalq ehtiyatları azalıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankının (TCMB) beynəlxalq ehtiyatları 9-13 yanvar həftəsində 426 mln. ABŞ dolları və ya 0,38% azalaraq 110 559 mln. dollara enib. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat TCMB-nin "Həftəlik pul və bank statistikası" hesabatında verilib. 

Hesabata görə, qeyd olunan dövr ərzində TCMB-nin valyuta ehtiyatları 1 642 mln. dollar və ya 1,69% azalaraq 95 292 mln. dollara kimi geriləyib. TCMB-nin qızıl ehtiyatları isə 1 216 mln. dollar və ya 8,65% artaraq 15 267 mln. dollara çatıb.

Son xəbərlər

Orphus sistemi