Türkiyənin beynəlxalq ehtiyatları artıb

Türkiyənin beynəlxalq ehtiyatları artıb Xarici investorlar səhm alıb, qiymətli kağız satıblar
Maliyyə
2 Fevral , 2017 17:47
Türkiyənin beynəlxalq ehtiyatları artıb

Bakı. 2 fevral. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 21-27 yanvar həftəsində 269 mln. ABŞ dolları və ya 0,25% artaraq 107,832 mlrd. dollar təşkil edib.

"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları 48 mln. dollar və ya 0,31% artaraq 15,315 mlrd. dollara, valyuta ehtiyatları isə 221 mln. dollar və ya 0,24% artaraq 92,517 mlrd. dollara çatıb.

Hesabat həftəsində xarici investorlar Türkiyədə xalis 32,7 mln. dollarlıq səhm alıb, xalis 321,5 mln. dollarlıq qiymətli kağız satıblar. Özəl sektor qiymətli kağız mövqeyi isə xalis 5,5 mln. dollar azalıb.

Son xəbərlər

Orphus sistemi