Türkiyənin bank sektorunun xalis mənfəəti 22% artıb

Türkiyənin bank sektorunun xalis mənfəəti 22% artıb Bu ilin yanvar-aprel aylarında Türkiyənin bank sektoru 19,7 milyard lirə (2,9 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.
Maliyyə
5 İyun , 2020 11:36
Türkiyənin bank sektorunun xalis mənfəəti 22% artıb

Bu ilin yanvar-aprel aylarında Türkiyənin bank sektoru 19,7 milyard lirə (2,9 milyard ABŞ dolları) xalis mənfəət əldə edib. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22% çoxdur. 

Məlumata görə, bu ilin əvvəlindən sektorun aktivləri 16,4% artaraq 5,2 trilyon lirəyə (769,2 milyard ABŞ dolları) çatıb. Bunun 3,1 trilyon lirəsi (458,6 milyard ABŞ dolları) müştərilərə verilmiş xalis kreditlərdir. Bu rəqəm 4 ayda 16,9% artıb. 

İlin əvvəlindən Türkiyə banklarının depozit portfeli isə 16,4% artaraq 3 trilyon lirəyə (443,8 milyard ABŞ dolları) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi