Türkiyənin 10 illik istiqrazlarına üçqat tələb olub

Türkiyənin 10 illik istiqrazlarına üçqat tələb olub Qiymətli kağızların illik gəlirliliyi 6,15% təşkil edib
Maliyyə
19 Yanvar , 2017 11:08
Türkiyənin 10 illik istiqrazlarına üçqat tələb olub

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin ötən gün dövriyyəyə buraxdığı və 25 mart 2027-ci il tarixinə qədər tədavüldə olacaq istiqrazlarına 3 dəfədən çox tələb olub. 

"Report"  "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin xəzinədarlığından bildirilib. 

Məlumatda deyilir ki, Türkiyə 2017-ci ildə cəlb etməyi planlaşdırdığı 6 mlrd. ABŞ dolları məbləğində vəsaitin 2 mlrd. dollarını və yaxud 33%-ni istiqrazların hesabına cəlb edib. Qiymətli kağızların 49%-i ABŞ, 26%-i Böyük Britaniya, 11%-i Türkiyə, 11%-i digər Avropa ölkələri, 3%-i başqa ölkələrdəki investorlara satılıb. 

Emissiyada "Barclays", "Citigroup", "Goldman Sachs" və "Qatar National Bank" təşkilatçı kimi iştirak edib. İstiqrazların illik kupon faizi 6%, investorlar üçün gəlirliliyi isə 6,15% olub. Onları almaq üçün 256 investor sifariş verib. 

Xatırladaq ki, hazırda ABŞ-da uçot dərəcəsi 0,75%, Avropada 0%, İngiltərədə 0,25%, Yaponiyada isə -0,1% təşkil edir. "Report"un analitik qrupu hesab edir ki, Türkiyənin vəd etdiyi 6%-lik gəlirlilik kifayət qədər yüksəkdir və risklidir. Belə ki, bir müddət əvvəl dünya maliyyə bazarlarında inkişaf etməkdə olan ölkələrin dövlət istiqrazları 3-5% gəlirliliklə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi