Türkiyəli bankir: "Azərbaycandakı kapital bazarları ilə əməkdaşlıq etmək istəyirik"

Türkiyəli bankir: "Azərbaycandakı kapital bazarları ilə əməkdaşlıq etmək istəyirik" Türkiyənin maliyyə sektoru Azərbaycandakı kapital bazarları ilə əməkdaşlıq etmək istəyir.
Maliyyə
16 noyabr 2023 10:30
Türkiyəli bankir: Azərbaycandakı kapital bazarları ilə əməkdaşlıq etmək istəyirik

Türkiyənin maliyyə sektoru Azərbaycandakı kapital bazarları ilə əməkdaşlıq etmək istəyir.

Bunu "Report"a açıqlamasında Türkiyənin İnvestisiya və İnkişaf Bankının vitse-prezidenti Secil Yıldız bildirib.

"Regiondakı kapital bazarları ilə əməkdaşlığı inkişaf etdirmək çox vacibdir. Xüsusilə istiqraz buraxışı inkişaf etdirilməlidir. Biz bunun üçün beynəlxalq səviyyədə əməkdaşlıq etmək istəyirik”, - deyə o qeyd edib.

Bankir deyib ki, davamlı transformasiyanı yalnız ənənəvi maliyyələşdirmə üsulları, o cümlədən bank kreditləri ilə əldə etmək mümkün deyil: “Biz kapital bazarları vasitəsilə həm fiziki, həm də hüquqi şəxslərin davamlı transformasiya ilə əhatə olunmasını zəruri hesab edirik. Bu məsələdə məlumat mübadiləsi olduqca vacibdir. Azərbaycan bizim üçün çox əhəmiyyətli ölkədir. Ona görə də biz əməkdaşlıq etmək istəyirik. İnkişaf və investisiya sahəsində əməkdaşlıq edə bilərik. Azərbaycanda kapital bazarları ilə bağlı hər cür konfrans keçirmək mümkündür. Lakin indiyə qədər bununla bağlı heç bir görüşümüz olmayıb”.

Son xəbərlər

Orphus sistemi