Türkiyədə uçot dərəcəsi artırılıb

Türkiyədə uçot dərəcəsi artırılıb Faiz dəhlizinə də dəyişiklik edilib
Maliyyə
24 Noyabr , 2016 15:34
Türkiyədə uçot dərəcəsi artırılıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı uçot dərəcəsinin 0,5% artırılaraq 8%-ə çatdırılması barədə qərar qəbul edib. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yanvar ayından bəri uçot dərəcəsində ilk artımdır.

Xatırladaq ki, TMB-nin 29 yanvar 2014-cü il tarixli qərarı ilə uçot dərəcəsi 4,5%-dən 10%-ə çatdırılıb. 25 fevral 2015-ci il tarixində isə bu göstərici 2,5% azaldılaraq 7,5%-ə endirilib və o vaxtdan sabit saxlanılıb.

Qurum faiz dəhlizinə də dəyişiklik edilib. Belə ki, dəhlizin aşağı həddi 7,25% saxlanılsa da, yuxarı həddi 0,25% artırılaraq 8,5%-ə qaldırılıb. 

İngilis versiyası Turkey hikes interest rates

Son xəbərlər

Orphus sistemi