Türkiyədə kriptovalyutalarla ödənişə qoyulan qadağa bitkoini ucuzlaşdırıb

Türkiyədə kriptovalyutalarla ödənişə qoyulan qadağa bitkoini ucuzlaşdırıb Ötən gecə bitkoinin qiyməti 63 800 ABŞ dollarına qədər yüksəlsə də, sonra 61 000 dollara düşüb
Maliyyə
16 Aprel , 2021 18:16
Türkiyədə kriptovalyutalarla ödənişə qoyulan qadağa bitkoini ucuzlaşdırıb

Türkiyə Mərkəzi Bankının (TMB) ölkədə kriptovalyutalarla ödəniş qadağa qoyması bitkoinin ucuzlaşmasına səbəb olub.

“Report” bu barədə "Wall Street Journal" nəşrinə istinadən xəbər verir.

Xatırladaq ki, Türkiyənin tənzimləyici qurumu qərarını bu kimi aktivlərə nəzarətin mümkünsüzlüyü, kriptovalyutaların qanunsuz məqsədlər üçün istifadə edilməsi ehtimalı ilə izah edib.

Ötən gecə bitkoinin qiyməti 63 800 ABŞ dollarına qədər yüksəlsə də, TMB-nin qərarından sonra 61 000 dollara düşüb.

Ötən ay illik inflyasiya göstəricisinin 16 faiz təşkil etdiyi Türkiyədə kriptovalyutalara marağın artması məhz lirənin dəyərdən düşməsi ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi