Türkiyədə kredit almaq asanlaşacaq

Türkiyədə kredit almaq asanlaşacaq Bu ölkədə bank qanunvericiliyə dəyişiklik ediləcək
Maliyyə
13 Sentyabr , 2016 16:13
Türkiyədə kredit almaq asanlaşacaq

Bakı. 13 sentyabr. REPORT.AZ/ Türkiyədə bank qanunvericiliyinə dəyişiklik ediləcək. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu təkliflə Türkiyə Banklar Birliyi (TBB) çıxış edib və ölkə hökumətinin iqtisadi komandası bu təklifi məqbul sayıb.

TBB-nin təklifi bankların rəhbər şəxslərinin verdikləri kreditlərə görə məsuliyyətdən azal edilməsi ilə bağlıdır. İctimai qurumda hesab edirlər ki, bank idarəçilərinin verdikləri kreditin batması, geri qaytarılmaması əsasında mühakimə edilməsi ölkədə kreditləşməni ləngidir, bank sektorunun daha çətin şərtlər əsasında borc verməsinə səbəb olur. 

Ekspertlərin fikrincə, əgər "Bankçılıq qanunu"na lazımi dəyişiklik edilərsə, Türkiyədə kredit almaq asanlaşa bilər.

Son xəbərlər

Orphus sistemi