Türkiyədə işsizlik səviyyəsi 7 illik maksimuma çatıb

Türkiyədə işsizlik səviyyəsi 7 illik maksimuma çatıb Gənc əhalinin 24%-i işsizdir
Maliyyə
114
15 Mart , 2017 12:16
Türkiyədə işsizlik səviyyəsi 7 illik maksimuma çatıb

Bakı. 15 mart. REPORT.AZ/ Türkiyədə 2016-cı ilin dekabr ayı üçün işsizlik göstəricisi 2015-ci ilin analoji dövrü ilə müqayisədə 668 min nəfər və ya 20,84% artaraq 3,872 mln. təşkil edib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) məlumat yayıb. 

TÜİK-in hesabatına əsasən, dekabrda işsizlik illik müqayisədə 1,9 faiz bəndi artaraq 12,7%-ə bərabər olub. Gözləntilər işsizliyin 12,4% olacağını göstərib. Hesabat dövründə kənd təsərrüfatı sektoru istisna olmaqla işsizlik göstəricisi isə 2,2 faiz bəndi artaraq 14,9% təşkil edib. Nəticədə, işsizlik göstəricisi 2010-cu ilin martından sonra ən yüksək həddə çatıb.

Hesabat ilində gənc əhali (15-24 yaş grupu) üzrə işsizlik göstəricisi 4,8 faiz bəndi artaraq 24%-ə yüksəlib. 

Son xəbərlər

Orphus sistemi