Bakı. 4 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Türkiyədə qiymətlər yanvar ayı ilə müqayisədə 0,16%, ötən ilin fevral ayına nisbətən isə 19,67% artıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.
Bundan başqa, qurum bəyan edib ki, ilin əvvəli ilə müqayisədə ölkədə inflyasiya 1,23%, ötən il fevralın 1-nə nisbətən isə 17,93% təşkil edib.
Ötən ay Türkiyədə təhsil haqları orta hesabla 1,64% artıb, qida məhsulları və spirtli içkilər 0,9%, restoran və otel xidmətləri 0,87%, nəqliyyat xidmətləri isə 0,71% bahalaşıb.