Türkiyədə dolların məzənnəsi yeni rekord həddə çatıb

Türkiyədə dolların məzənnəsi yeni rekord həddə çatıb Hazırda məzənnə 3,4170 TRY/USD-yə bərabərdir
Maliyyə
23 Noyabr , 2016 19:00
Türkiyədə dolların məzənnəsi yeni rekord həddə çatıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi nağd valyuta bazarında 3,41 lirə həddini keçərək tarixi maksimal səviyyəyə çatıb.

"Report" NTV-yə istinadən xəbər verir ki, hazırda məzənnə 3,4170 TRY/USD-yə bərabərdir.

Buna səbəb kimi dolların qlobal valyuta bazarında güclənməsi fonunda Çin yuanı da daxil olmaqla inkişaf etməkdə olan bütün dünya valyutalarının ucuzlaşması amili göstərilir.

Qeyd edək ki, Türkiyədə ötən həftənin cümə gün ABŞ dollarının məzənnəsi 3,4080 olub. 

Son xəbərlər

Orphus sistemi