Türkiyədə aylıq inflyasiya gözləntiləri üstələyib

Türkiyədə aylıq inflyasiya gözləntiləri üstələyib Bakı. 3 may. REPORT.AZ/ Türkiyə Statistika İdarəsi aprel ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb.
Maliyyə
3 May , 2018 11:57
Türkiyədə aylıq inflyasiya gözləntiləri üstələyib

Bakı. 3 may. REPORT.AZ/ Türkiyə Statistika İdarəsi aprel ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ay qonşu ölkədə qiymətlər aylıq müqayisədə, təxminən, 1,9%, illik müqayisədə isə, təqribən, 11% artıb. 

Xatırladaq ki, analitiklər aylıq inflyasiyanın, təxminən, 1,5% olacağını proqnozlaşdırırdı. Qiymət artımının gözləntiləri üstələməsindən sonra Türkiyədə ABŞ dollarına tələbat artıb və onun məzənnəsi 4,2 lirəni keçib. 

Apreldə qonşu ölkədə ən çox ayaqqabı və geyimlər bahalaşıb - 10,4%. Ən az bahalaşan isə spirtsiz içkilər olub - 0,2%.

Son xəbərlər

Orphus sistemi