IMF: Türkiyədə adambaşına milli gəlir 25 min dolları keçib

IMF: Türkiyədə adambaşına milli gəlir 25 min dolları keçib Qonşu ölkə bu göstərici ilə dünyada 13-cü yeri tutur
Maliyyə
2 Sentyabr , 2017 17:07
IMF: Türkiyədə adambaşına milli gəlir 25 min dolları keçib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Türkiyədə əhalinin alıcılıq qabiliyyətinə əsasən adambaşına milli gəlir 25 min ABŞ dollarını keçib.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Beynəlxalq Valyuta Fondu (IMF) çıxış edib.

Qurum bu göstərici ilə Türkiyənin bir sıra inkişaf etmiş ölkələri arxada qoyaraq dünyada 13-cü yeri tutduğunu bildirib.

Xatırladaq ki, Türkiyə iqtisadiyyatı son illər sürətlə böyüyür. Əgər 2001-ci ildə bu ölkədə istehsal olunan ümumi daxili məhsulu (ÜDM) bazar dəyəri 200 mlrd. dollar təşkil etmişdisə, ötən ilin yekununda bu rəqəm 857 mlrd. dollar olub. 

Son xəbərlər

Orphus sistemi