Türkiyə sığortaçıları zəlzələ ilə bağlı 1 milyard dollardan çox ödəniş edəcək

Türkiyə sığortaçıları zəlzələ ilə bağlı 1 milyard dollardan çox ödəniş edəcək Türkiyənin sığorta şirkətləri ölkənin 11 vilayətində zəlzələdən zərər çəkmiş şəxslərə təxminən 20 milyard lirə və yaxud 1,1 milyard ABŞ dolları ödəniş edəcək.
Maliyyə
1 Mart , 2023 13:20
Türkiyə sığortaçıları zəlzələ ilə bağlı 1 milyard dollardan çox ödəniş edəcək

Türkiyənin sığorta şirkətləri ölkənin 11 vilayətində zəlzələdən zərər çəkmiş şəxslərə təxminən 20 milyard lirə və yaxud 1,1 milyard ABŞ dolları ödəniş edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Sığorta Dərnəyinin (TSB) sədri Atilla Benli bildirib.

Onun sözlərinə görə, zəlzələ zonasındakı daşınmaz əmlakların orta hesabla 49 %-i sığortalıdır. Bu baxımdan ən yüksək göstərici Diyarbəkirdə, ən aşağı göstərici isə Hataydadır.

“Zəlzələ baş verən ərazidə mənzil sığortası nisbəti 21 %, kasko sığortası nisbəti isə 17 %-dir. Təkcə avtomobillərin könüllü sığortası üçün təxminən 1 milyard lirə ödəyəcəyimizi təxmin edirik. Kahramanmaraşda zəlzələdən sonra sığortaya maraq 3-4 dəfə artıb" - deyə sığorta rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi