Türkiyə prezidentinin mətbuat katibi: "İqtisadi vəziyyət düzəlməyə başlayıb"

Türkiyə prezidentinin mətbuat katibi: "İqtisadi vəziyyət düzəlməyə başlayıb" Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyədə iqtisadi vəziyyət dünəndən düzəlməyə başlayıb.
Maliyyə
15 Avqust , 2018 15:33
Türkiyə prezidentinin mətbuat katibi: İqtisadi vəziyyət düzəlməyə başlayıb

Bakı. 15 avqust. REPORT.AZ/ "Türkiyədə iqtisadi vəziyyət dünəndən düzəlməyə başlayıb".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, bu, aidiyyəti dövlət qurumlarının atdığı addımların nəticəsidir. 

İ.Kalın deyib ki, Türkiyədə işsizlik səviyyəsinin 10%-dən aşağı salınmasına nail olunub və bu, ölkə iqtisadiyyatında müsbət dinamikanı göstərir. 

"Hökumət milli iqtisadiyyatdakı son prosesləri Türkiyənin xeyrinə həll niyyətindədir və bu addımlar nəticələr verməyə başlayıb", - deyə İ.Kalın qeyd edib. 

Son xəbərlər

Orphus sistemi