Türkiyə ofşorların "qara siyahısına" daxil edilə bilər

Türkiyə ofşorların "qara siyahısına" daxil edilə bilər Siyahı dekabrın 5-də açıqlanacaq
Maliyyə
24 Noyabr , 2017 11:24
Türkiyə ofşorların qara siyahısına daxil edilə bilər

Bakı. 24 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Türkiyəni ofşor ölkələrin "qara siyahısı"na daxil etməyə hazılaşır.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" agentliyi yayıb.

"Bloomberg" agentliyi Aİ-nin işçi qrupunun "Vergitutmada əməkdaşlıqdan imtina edən ölkələr"ə dair materiallarla tanış olub. Materiallardan məlum olub ki, işçi qrupu Türkiyənin tam mənada vergitutmada şəffaflığı təmin etmir. Həmçinin, yüksək vergi güzəştləri olan rejimlərlə kifayət qədər effektiv mübarizə aparmır.

Aİ-dən verilən məlumatda, hələ ki, hansı ölkəyə sanksiya tətbiq ediləcəyi açıqlanmayıb. Bu siyahının dekabr ayının 5-də Aİ ölkələrinin maliyyə nazirlərinə təqdim ediləcəyi gözlənilir. Türkiyənin siyahıya daxil edilməsi bu ölkənin nüfuzunun aşağı düşməsinə, Aİ ilə münasibətlərin pozulmasına gətirib çıxara bilər.

Sanksiyalar tətbiq ediləcək ölkələr siyahısına həmçinin Ermənistanın və daha 36 ölkənin daxil edilməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi