Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 577 milyon ABŞ dolları, yaxud 0,6% azalaraq 89,459 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
23 İyul , 2020 17:23
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 577 milyon ABŞ dolları, yaxud 0,6% azalaraq 89,459 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 40,229 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 196 milyon ABŞ dolları, yaxud 0,5% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 381 milyon ABŞ dolları, yaxud 0,8% azalaraq 49,23 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi