Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarında azalma

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarında azalma Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,976 milyard ABŞ dolları, yaxud 1,9% azalaraq 102,376 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
6 Fevral , 2020 16:38
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarında azalma

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,976 milyard ABŞ dolları, yaxud 1,9% azalaraq 102,376 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun statistik hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 27,52 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 680 milyon dollar, yaxud 2,5% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,656 milyon dollar, yaxud 3,4% azalaraq 74,856 milyard dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi