Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 3 milyard dollara yaxın azalıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 3 milyard dollara yaxın azalıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,803 mlrd ABŞ dolları, yaxud 3,2% azalaraq 83,517 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
1 Oktyabr , 2020 16:45
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 3 milyard dollara yaxın azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,803 milyard ABŞ dolları, yaxud 3,2% azalaraq 83,517 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 41,097 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 2,064 milyon ABŞ dolları, yaxud 4,7% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 739 milyon ABŞ dolları, yaxud 1,7% azalaraq 42,42 milyard ABŞ dolları təşkil edib. 

Son xəbərlər

Orphus sistemi