Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıb

Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1 milyard ABŞ dolları, yaxud 1,1% azalaraq 87,9 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
24 Aprel , 2020 17:30
Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1 milyard ABŞ dolları, yaxud 1,1% azalaraq 87,9 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 34 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,1 milyard ABŞ dolları, yaxud 3,3% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,1 milyard ABŞ dolları, yaxud 3,7% azalaraq 54 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi