Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları 5% artıb

Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları 5% artıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 634 milyon ABŞ dolları, yaxud 0,7% azalaraq 88,92 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
143
16 Aprel , 2020 16:47
Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları 5% artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 634 milyon ABŞ dolları, yaxud 0,7% azalaraq 88,92 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 32,87 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,57 milyon ABŞ dolları, yaxud 5% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,2 milyard ABŞ dolları, yaxud 3,8% azalaraq 56,05 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi