Bakı. 28 yanvar. REPORT.AZ/ 2018-ci ilin dekabr ayında Türkiyə Mərkəzi Bankının (TMB) qızıl-valyuta ehtiyatları noyabr ayına nisbətən 2,2% artaraq 93 mlrd. ABŞ dollarına yüksəlib.
Bu barədə “Report” tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə TMB-nin valyuta ehtiyatları 1,7% artaraq 71,4 mlrd. dollar, qızıl ehtiyatları isə 4,3% artaraq 20,1 mlrd. dollar təşkil edib.